10 İyul 2019 11:12
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Vaşinqtondakı səfiri Kim Darrokun ABŞ prezidenti haqqında “qabiliyyətsiz” ifadəsini işlətməsi Donald Trampı əsəbləşdirib.

Teleqraf.com xəbər verir ki, məhz bu fikirlərinə görə, ABŞ prezidenti səfir Kim Darroku “səfeh” adlandırıb.

Tvitterdə açıqlama verən ABŞ Prezidenti Donald Tramp bildirib: “İngiltərənin ABŞ-dakı səfirindən xoşhal deyilik. Çox ağılsız biridir. Tənqidlərimdən narahat olmaq yerinə ölkəsi və baş naziri Tereza Meylə uğursuz “Brexit” müzakirələri haqqında danışmalıdır. Mən Meyə razılaşma əldə etmək üçün hansı addımların atılmalı olduğunu bildirmişəm. Ancaq o özünün yolunu seçdi və uğursuz oldu”.

Səfir Kim Darrokonu şəxsən tanımadığını bildirən ABŞ prezidenti əlavə edib ki, diplomat haqqında ona səfehin biri olduğunu deyiblər: “Səfirə ABŞ-ın dünyada ən güclü iqtisadiyyata və orduya sahib olduğunu deyin”.

Xatırladaq ki, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darrokun İngiltərə XİN-ə göndərdiyi məktublarda ABŞ Prezidenti Donald Tramp haqqında tənqidi qənaətlərini bölüşüb. Sonradan bu məktublar mətbuata sızıb.


Müəllif: Cavad

Oxşar xəbərlər