Amerikalı milyarder Cefferi Efşteyn kiçik yaşlı qızlara qarşı cinsi təcavüz ittihamı ilə 11 il sonra yenidən məhkəmə qarşısına çıxarılır.
Teleqraf.com xəbər verir ki, milyarder seks məqsədilə insan oğurluğunda ittiham edilir.
İddianamədə Efşteynin Nyu-York və Floridadakı evlərində qız uşaqlarını cinsi istismara məruz qoyduğu bildirilir. Milyarderin istismar etdiyi xanımlardan ən kiçiyinin 14 yaşında olduğu ortaya çıxıb.
Efşteyn bu ittihamla 45 il müddətinə həbs oluna bilər.
Məhkəmə işini maraqlı edən başqa bir fakt isə onun Tramp hökumətinə dolayı yolla uzanmasıdır. 2007-ci ildə gənc qızlara cinsi təcavüz məqsədilə masaj etdirməkdə günahlandırılan milyarder məhkəmə ilə əməkdaşlıq edərək, ömürlük həbsdən canını xilas edib, cəmi 13 il həbs cəzası alıb. Buna görə indi Tramp hökumətində nazir olan Aleksandr Akosta ittiham edilir. Çünki o zaman milyarderin vəkilləri federal prokurorluqda yüksək vəzifə tutan Akosta ilə razılaşaraq Efşteyni ömürlük həbsdən xilas edə biliblər. Akosta bəyan edib ki, illər əvvəl milyarderin həbsə girməsi üçün nə lazımdırsa, onu edib. Tramp da istefa çağırışları ilə qarşılaşan Akostanı müdafiə edərək “keçmişinə baxanda hər kəsin xətaları ola bilər” ifadəsini işlədib.
Qeyd edilir ki, Efşteyn park gözətçisinin oğlu olub, diplomu olmasa da, riyaziyyatı dərindən bilmək istedadı sayəsində milyarder zirvəsinə qədər qalxıb.
O da maraqlıdır ki, onun qeyd dəftərində şahzadələrdən tutmuş dövlət başçılarına qədər bir çox şəxslərin telefon nömrələri aşkar olunub.