Türkiyə Müdafiə Nazirliyi S-400 zenit raket sistemlərinin birinci qrup təchizatının paytaxt Ankaraya gətirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, S-400 hava hücumundan müdafiə sistemlərinin birinci qrup avadanlığının Mürted Hava Meydanına boşaldıldığı bildirilir.
Məlumatda avadanlığın bu gündən etibarən gətirilməyə başlandığı vurğulanır.
Qeyd edək ki, əvvəlki açıqlamalarda Rusiyaya məxsus S-400 sistemlərinin Türkiyəyə 5-6 aya yerləşdiriləcəyi qeyd olunurdu.