14 İyul 2019 08:04
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək temperatur və sarılıq şikayəti ilə xəstəxanaya aparılan 18 yaşlı hindistanlı Qrandxam Kiran adlı gənc həkimlərin onun öldüyünə dair diaqnoz qoymasından sonra kəfənə bükülərək, yandırılmaq üçün məbədə aparılıb. Lakin son anda anasının oğlunun ölmədiyini görməsi hər kəsi şoka salıb.

Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Pillamarri şəhərində baş verib.

Uzun müddət yüksək temperatur və sarılıqdan əziyyət çəkən gənc koma vəziyyətində xəstəxanaya aparılıb. Həkimlər komada olan gəncin öldüyünü deyərək, oksigen balonunu bağlayıblar. Lakin anası oğlunun öldüyünə inanmayıb.

Kəfənə bükülmüş övladının ağladığını görən ana onun son nəfəsini evində verməsini istəyib. Bundan sonra evə aparılan Qrandxam sağalmağa başlayıb.

Gözündən axan yaş və anasının sayəsində diri-diri yandırılmaqdan xilas olan 18 yaşlı gəncin vəziyyəti günbəgün yaxşılaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər