14 İyul 2019 08:35
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları İnstitutunun direktoru Anatoli Petrukoviç yaxın gələcəkdə elm adamlarının Yer kürəsinə oxşar bir planet kəşf edəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Petrukoviç həyatın olduğu bir planet tapmaq üçün həyatın ola biləcəyi ehtimal olunan ulduzların yerləşdiyi sahələrdə araşdırmaların davam etdiyini bildirib:

“Qarşıdakı 10-15 illik dönəmdə planetumizin əkizini tapacağıq. Həmin planetin atmosferini əmələ gətirən şəraitə dair məlumatlar əldə etməyə çalışacağıq”.

“Bəs bu planetlə əlaqəni necə təmin edəcəyik?” sualına isə Anatoli Petrukoviçin cavabı belə olub:

“Əlbəttə, bu müzakirə edəcəyimiz tamam başqa bir mövzudur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər