13 İyul 2019 22:57
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Kütahyada keçirilən mitinqdə Türkiyənin Rusiyadan S-400 raketləri almasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, MHP lideri Türkiyəni istəməyən qüvvələrin bu anlaşmaya qarşı olduqlarını bildirib.

"S-400-ə FETÖ-çular qarşıdır, S-400-ə PKKı canilər qarşıdır, S-400-ə dünya gücləri qarşıdır, S-400-ə CHP, İP və HDP qarşıdır. Yəni onlar ölkənin müdafiə qabiliyyətinin yüksəlməsindən narahatdırlar. Onlar nə deyirlərsə-desinlər, S-400 Türkiyəyə gətirilib".


Müəllif: Nahid

Oxşar xəbərlər