İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Urmiya təcridxanasında saxlanılan Güney azərbaycanlı fəallar Musa Ziya və Səccad Şəhiridən üç həftədir xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, Musa Ziya iyunun 22-də Sulduzdakı evində, Səccad Şəhiri isə Urmiyada mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Fəallar həbs edildikdən sonra ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq, ETTELAAT-ın Urmiya idarəsinin təcridxanasına aparıldıqlarını bildiriblər.
İlk telefon əlaqəsindən sonra onlardan heç bir xəbər yoxdur.
Musa Ziya şəkər xəstəliyi və ürək ağrısından əziyyət çəkdiyi üçün davamlı olaraq dərman qəbul edir.