Düşənbədə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani ikitərəfli görüş keçirəcək.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Kremlin xarici siyasət müşaviri Yuri Uşakov verib.
O görüşdə neft mübadiləsi ilə bağlı müqavilənin müzakirə olunacağını deyib: “Liderlər səviyyəsində bir sıra mühüm, ikitərəfli məsələlərin müzakirəsi gözlənilir. Bu hər iki dövlət üçün əhəmiyyətli görüş olacaq”.
Uşakov Rusiya Teknopromexport şirkətinin İranda müxtəlif elektrik stansiyaları ilə bağlı layihələrdə fəal iştirak etdiyini və şirkətin 5650 megawatt gücündə ümumilikdə 10 milyard dollar dəyərində 8-10 elektrik stansiyası inşa etməsi planlaşdırdığını söyləyib. İran isə pul əvəzinə Rusiyaya neft verəcək. Moskvanın İrandan alacağı nefti Çin və ya digər üçüncü ölkələrə ixrac etməsi nəzərdə tutulur.
Samir