İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə ittiham olunaraq barələrində ölüm hökmü verilmiş daha 8 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, edamlar Güney Azərbaycanın Urmiya, İranın Noşəhr, Mahşəhr, Kərəc və Mahabad şəhərlərinin həbsxanalarında həyata keçirilib.
Edam edilən məhkumlardan ikisi qadındır.
Edamlar eyni gündə icra edilib.