20 İyul 2019 17:59
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Sosial Demokrat Partiyasının deputatı Cansu Özdəmir PKK bayrağını sosial şəbəkə hesabında paylaşdığı üçün məhkəmə qarşısına çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, Özdəmir Hamburq əyalət məclisinin deputatıdır və bu ölkədə PKK-nın fəaliyyəti qanunla qadağandır.

Buna baxmayaraq, əyalət deputatı PKK-nın bayrağını sosial media hesabından yayıb.

Deputat 2017-ci ildə də sosial şəbəkədə “PKK-ya qadağa ortadan qaldırılsın” tələbi ilə sosial şəbəkədə bayrağın fotosunu yayıb. Buna görə 1500 avro cərimə olunan deputat yenidən hakim qarşısına çıxacaq.

Təcrübədə alman məhkəmə sistemi bu cinayəti edənlərə 1 il həbs cəzası verir.

Xatırladaq ki, 1993-cü ildən PKK Avropa Birliyinin terror təşkilatları siyahısında yer alır və onun təbliğatını aparmaq qanunla qadağandır.


Müəllif: Cavad

Oxşar xəbərlər