TV8-də yayımlanan “Yemekteyiz” verilişinin aparıcısı müğənni Seda Sayan telekanalın rəhbəri Acun Ilıcalıdan şikayətlənib.
Teleqraf.com xəbər verir ki, illərdir səhər proqramlarına aparıcılıq edən sənətçi çəkiliş saatlarının uzun çəkməsinə etiraz edib:
“Aldadıldım, Acunun tələsinə düşdüm. Çəkilişlər bitmək bilmir. İştirakçılar yeməkləri yox, bir-birini yeyirlər. İllərdir səhər verilişi aparıram, bu qədər uzun, sonu görünməyən çəkilişlər görməmişəm. İştirakçılar belə məni susdurur”.
İfaçı çəkilişlərdə yorulsa da, əyləndiyini söyləyib: “Safiyə Soyman tətilə çağırır, gedə bilmirəm, başqa dostlarım Çeşmə və Bodruma dəvət edir, yenə də gedə bilmirəm. Mən elə zənn edirdim ki, həftədə 2-3 gün işləyəcəyəm qurtaracaq, amma qurtarmaq bilmir”.