23 İyul 2019 13:34
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti baş nazir Narendra Modinin ABŞ Prezidenti Donald Trampdan Pakistan ilə aralarındakı Kəşmir probleminin həlli üçün vasitəçilik təklif etməsi haqda dediklərini təkzib edib.

Teleqraf.com xəbər verir ki, Hindistan xarici işlər naziri Subraxmanyam Djaişankar parlamentdə çıxışı zamanı bildirib ki, baş nazir Kəşmir mövzusunda ABŞ lideri Trampa iki ölkə arasında vasitəçilik etməyi təklif etməyib: “Hindistanın Pakistanla problemini iki tərəf müzakirə edə, danışıqlar apara bilər”.

Qeyd edək ki, dünən Pakistan Baş naziri İmran Xan ABŞ-a səfər edib və Prezident Trampla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Tramp deyib ki, Hindistan baş naziri ona təklif edib ki, İslamabad və Dehli arasında mövcud olan Kəşmir probleminin həllində vasitəçi olsun.


Müəllif: Cavad

Oxşar xəbərlər