Rusiya və Çinə məxsus bombardmançı təyyarələrin birgə hərbi təlimlərindən görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntülərdə TU-95 bombardmançı təyyarələrin Çinə məxsus təyyarələrlə birlikdə Asiya-Sakit okeanı bölgəsində uçuş təlimləri öz əksini tapır.
Görüntülərdə TU-95 MS bombardmançı təyyarələrin Rusiyada adı açıqlanmayan hava limanından səmaya qalxdığı görünür.
Daha sonra bu təyyarələrlə Çinin iki Şian H-6 bombardmançı təyyarələri təyin olunan məntəqədə rastlaşır və birgə uçuş həyata keçirir.