Türkiyənin ilk qadın Ekologiya və Turizm naziri İşilay Sayğın ağciyər xəstəliyindən vəfat edib.
Teleqraf.com xəbər verir ki, Egey Universitetinin Tibb fakültəsi xəstəxanasında müalicə alan 72 yaşlı Sayğın yerli vaxtla gecə saat 3 radələrindən dünyasını dəyişib.
İzmirdə doğulmuş İşilay Sayğın 5 seçkidə millət vəkili seçilib. O, Tansu Çillərin baş nazir olduğu dönəmin 52-ci hökumətində ilk qadın Ekologiya naziri, Məsud Yılmazın qurduğu 53-cü hökumətdə isə ilk qadın Turizm naziri olub.