27 İyul 2019 17:35
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şərqindəki Bihar ştatında baş verən daşqınlar 8,3 milyon nəfər insanın zərər çəkməsinə, 127 nəfərin isə dünyasını dəyişməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Daha əvvəl daşqın bölgəsində 106 nəfərin öldüyü və 8 milyondan çox insanın su basmış ərazilərdə olduğu bildirilmişdi.

Bununla yanaşı Hindistana qonşu Nepalda da sel və leysan yağışları nəticəsində 90 nəfər ölüb, 31 nəfər itkin düşüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər