29 İyul 2019 20:00
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İndiana ştatının Ceffersonvill şəhərində yaşayan 38 yaşlı Jozef Oberhansli keçmiş sevgilisi Tammi Jo Blantonu bıçaqlayaraq öldürdükən sonra cəsədini hissələrə parçalayaraq yeməkdə ittiham olunub.

Teleqraf.com xəbər verir ki, qadını öldürdükdən sonra bədənini mişarla doğrayan qatil daha sonra onun beynini, ürəyini və ağciyərini yeyib.

46 yaşlı Oberhansli qurbanın başını kəsib beynini çıxarmaq üçün mühərrikli mişardan istifadə edib.

Polis Oberhanslinin qandonduran addımını etiraf etdiyini açıqlamışdı, lakin o, məhkəmədə bunu təkzib edib, özünü təqsirli bilməyib,

2014-cü ildə baş verən olaydan sonra məhkumun psixoloji vəziyyətinin normal olmadığı iddiası ilə müalicə üçün xəstəxanaya yerləşdirilmişdi. Müalicə müddəti başa çatan qatil yenidən məhkəmə qarşısına çıxarılıb.

Tammi Jo 2014-cü ildə yaşadığı evdə beyninin bir hissəsi çıxarılmış vəziyyətdə tapılıb.

Ömürlük azadlıqdan məhrum ediləcəyi deyilən Jozef Oberhansliyə avqustun 17-də hökm oxunacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər