29 İyul 2019 17:05
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanda hər kəs Rusiya ilə münasibətlərin qaydasına salınmasını istəyir. Bu məsələni həll etmək üçün mitinq keçirməyə, alovlu çıxışlar etməyə ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Tiflisdə Rusiya əleyhinə keçirilən mitinqlərə münasibət bildirən gürcü politoloq Gela Vaşadze deyib.

Vaşadze son olaylardan sonra Gürcüstanda Rusiyaya münasibətin dəyişdiyini iddia edib: “İndi küçəyə çıxıb qabağıma çıxan beş nəfərdən soruşsam ki, Rusiya ilə münasibətlərin yaxşı olmasını istəyirsinizmi? Beşi də “Bəli” deyəcək. Amma insanlar Abxaziya və Cənubi Osetiyanın Rusiyaya güzəştə getməsinin tərəfdarı deyil”.

İyulun 28-də paytaxt Tiflisdə yenidən Rusiya əleyhinə mitinq keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər