Türkiyənin Balıkesir şəhərinin Ayvalık rayonunda qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 31 miqrant saxlanılıb.
Teleqraf.com-un xəbərinə görə, miqrantları Sahil Mühafizə Komandirliyinə məxsus təyyarənin radarı qeydə alıb.
Tez bir zamanda hərəkətə keçən qrup üzvləri miqrantları saxlamağa nail olub.
Aralarında qadın və uşaqların da olduğu miqrantlara cinayət işi açılıb.