30 İyul 2019 15:45
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dörd ölkə arasında sıxışıb qalmışıq. Məlum səbəblərdən Türkiyə və Azərbaycanla münasibət qurmaq mümkün deyil. İran intensiv təzyiqlər altındadır, ABŞ-ın “qara siyahısı”ndadır. Gürcüstan Ermənistanın müttəfiqi (Rusiya) ilə qarşıdurma vəziyyətindədir, üstəgəl, Ermənistanı bölgədə təcrid edəcək bir geosiyasi ittifaq axtarışındadır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan deyib.

Sabiq prezident Ermənistan daxilindəki ağır sosial-iqtisadi vəziyyətə də diqqət çəkib, Azərbaycan və Türkiyə ilə müharibə vəziyyətinin Ermənistana baha başa gəldiyinə diqqət çəkib:

“İntensiv olaraq pisləşən iqtisadiyyata, kiçik və yaşlanan bir əhaliyə sahibik. Dörd qonşunun ikisi ilə yaşadığımız problemlər regional liberal platformaya çevrilməyimizə imkan vermir. Habelə böyük şirkətləri özümüzə çəkə biləcək təbii sərvətlərimiz yoxdur. Nəqliyyat problemləri ixracatın artırılmasına və sənayenin inkişafına mane olur. SSRİ-dən qalan texniki avadanlıqlar da yoxa çıxıb.

Digər yandan, diaspora da Ermənistanın iqtisadi inkişafına dəstək verməyə meyilli deyil. Bu, Ermənistanın üzləşdiyi problemlərin sadəcə cüzi bir hissəsidir. Bu problemləri populizmlə həll etmək mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər