31 İyul 2019 09:01
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı tərk eləmiş sabiq prezident Petro Poroşenko ölkəyə qayıtmaya bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Mixail Poqrebinskiy "NewsOne" telekanalına açıqlamasında deyib:

"Məndə belə bir fikir yaranıb ki, Poroşenko geri qayıtmayacaq. O, İstanbuldan Dubaya uçub, ordan da birdəfəlik yox ola bilər".

Politoloq korrupsiyada ittiham olunan prezidentin ölkədən belə rahatlıqla çıxmasına hiddətini bildirib.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko iyulun 29-da ailəsi ilə birlikdə İstanbula gedib. O, dövlət mühafizə xidmətindən imtina edib.

Petro Poroşenko İstanbulda barəsində hər hansı cinayət işinin qaldırmadığını iddia edən bəyanat verib.


Müəllif: Mahir

Oxşar xəbərlər