1 Avqust 2019 14:02
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada ötən il qəbul edilən niqab qadağasının icrasına start verilib.

Teleqraf.com xəbər verir ki, Hollandiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu gündən insanların təhsil, səhiyyə sektoruna, ictimai nəqliyyata və dövlət idarələrinə üzləri tanınmayan şəkildə daxil olması qadağan olunur.

Nazirlik qanuna uyğun olaraq adı çəkilən yerlərdə işləyənlərin niqab taxan xanımlardan üzlərinin açmasını və ya binanı tərk etməsini tələb edə biləcəyi, buna tabe olmayanların isə polisə göndəriləcəyi, habelə cəza almaq riski olduğu xatırladılır.

Hollandiyada təxminən 150-dən çox niqab taxan xanımın olduğu ehtimal edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər