Ziyarətgah bağlanıb, ziyarətə icazə verən şəxsə isə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə İordaniyanın Petra şəhərindəki Həzrəti Harun türbəsində baş verib.
Məlumata görə, 500 nəfərlik yəhudi turist qrupu Həzrəti Harun türbəsinə daxil olaraq burada dini ayinlər keçirib. Sonra ayinin video-görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bundan sonra İordaniya ziyarətgahı bağlayıb.