3 Avqust 2019 18:38
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə qədər Əfqanıstandakı hərbçilərini geri çəkmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın NBC kanalına danışan və adının çəkilməsini istəməyən dövlət rəsmisi Trampın növbəti prezident seçkilərinə qədər Əfqanıstandan çıxmaq mərhələsinin başa çatdırmağı istədiyini deyib.

Həmin şəxs bu tələbin 2020-ci ilin əvvəllərinə qədər başa çatdırmağı qeyri-mümkün hesab edib.

Xatırladaq ki, Ağ Evin həyətində jurnalistlərə açıqlamalarında Donald Tramp Əfqanıstandakı ABŞ hərbi personalının sayını azaltmağa başlandığı bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər