Səudiyyə Ərəbistanı Krallığına həcc ziyarətinə gedən 17 Türkiyə vətəndaşı dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, həcc ziyarətinə Türkiyədən ilk zəvvar qrupu iyulun 5-də yola düşüb.
Dəyanət İşləri İdarəsinin Həcc və Ümrə Xidmətləri üzrə rəhbər Rəmzi Bircan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyədən ilk karvanın müqəddəs torpaqlara gəldiyi 5 iyuldan bu günədək 17 türk zəvvar həyatını itirib.
O, Türkiyə vətəndaşlarının infarkt, yol qəzası, təbii iqlim şəraiti, sətəlcəm və yaşla əlaqədar xəstəliklərdən öldüyünü söyləyib.