Türkiyədə Sivasın Şarkıçla rayonunda bəy gəlini ata evindən traktorla aparıb.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl nikah masasına oturan Lətifə Kılıçkaya və Cəbrayıl Kılıçkaya cütlüyü toyunu qeyri-adi keçirməyə qərara alıb.
Bəy xanımını yaşadığı Qala məhəlləsindən toy üçün bəzədiyi traktorla götürüb. Bəyin dostları isə cütlüyü traktor karvanı ilə müşayiət ediblər.
Bəy belə bir toy etmək arzusunda olduğunu deyib: “Toyumuz belə olsa, mara doğuracağı və daha çox diqqət çəkəcəyini düşündük. Xanımıma istəyimi bildirəndə mənimlə razılaşdı”.