7 Avqust 2019 14:45
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda vəziyyət daha da gərginləşsə, Türkiyəyə səfərini dayandıra biləcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Zelenski bu barədə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı məlumatlandırdığını bildirib.

“Mən indi artıq Türkiyəyə uçmalıydım və indi təcili olaraq uçacağıq. Əgər nəsə bir şey baş verərsə, geri dönməli olacağıq. Bu barədə Türkiyə tərəfi də məlumatlıdır və Türkiyə Prezidenti Ərdoğan da buna anlayışla yanaşır”, – deyə V.Zelenski keçirdiyi brifinqdə söyləyib.

Qeyd edək ki, bu gündən etibarən V.Zelenskinin Türkiyəyə iki günlük səfəri başlayır. Burada onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqları və Konstantinopol Patriarxı Varfolomeylə görüşləri planlaşdırılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər