8 Avqust 2019 12:47
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Türkiyənin Rusiyadan “S-400” sistemlərini satın alma qərarının nəticələrindən narahatdır, ancaq Ankaranın dəyərli müttəfiq olaraq qalacağına və digər məsələlərdə alyansla işləməyə davam edəcəyinə əmindir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Türkiyənin “S-400” sistemlərini satın alma qərarının milli, suveren bir qərar olduğunu deyən alyans rəhbəri bununla belə, bu addımın narahatlıq yaratdığını vurğulayıb:

“Çünki silahlardan birgə istifadə NATO üçün vacibdir. Rusiya “S-400” sistemi alyansın vahid hava hücumundan müdafiə sisteminə inteqrasiya olunmayacaq”.

Daha əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin “S-400” zenit-raket sistemlərindən 2020-ci ilin aprelində istifadə etməyə başlamaq niyyətində olduğunu, ABŞ-ın təhdidləri səbəbiylə milli təhlükəsizliyini təmin etmək layihələrindən imtina etməyəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər