“ABŞ və xain dəstəkçilərinin həyata keçirdikləri “Əsrin anlaşması” təkcə Fələstinə deyil, bəşəriyyətə qarşı qəsddir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran dini lideri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin problemini həlli üçün təklif etdiyi “Əsrin anlaşması” planını şərh edərkən deyib.
ABŞ-ın "Əsrin anlaşması" layihəsinə əsasən, Qüds şəhəri İsrailə təhvil verilir, digər ölkələrdə yaşayan fələstinli didərginlər öz evlərinə qayıtmaq haqqından məhrum edilir, fələstinlilər sadəcə İordan çayının qərb sahilində və Qəzzə zolağında qalan məhdud ərazilərdə yaşamalı olurlar.