13 Avqust 2019 14:49
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Solaxay insanlar haqqında mif həqiqətə uyğun deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri neyro-psixoloq Yuliya Punina deyib.

Onun sözlərinə görə, qədim yunanlar solaxaylığı allahlara yaxınlaşdıran vasitə kimi qəbul edirdilər: “Orta əsr Avropasında bu fikir dəyişdi. Solaxay insanları iblisin elçiləri kimi qəbul edib, tonqalda yandırırdılar. Hətta sovet vaxtı belə bir fikir yayılmışdı ki, solaxay insanları normal vərdişə qaytarmaq lazımdır. Bu barədə elmi araşdırmalar 20-ci əsrdə başlandı.

Solaxaylığı patologiya hesab edənlər, hətta cinayətkarların belə adamların arasından çıxdığını düşünənlər də az deyildi. Əsrin sonuna bu fikir, bu tendensiyası dəyişdi. Solaxaylıq istedad keyfiyyəti kimi düşüncələrdə əks olundu. İndiyə qədər solaxay insanlar haqqında mif hələ də qalır. Bütün yaradıcı insanların solaxay olması fikri də kökündən yanlışdır.

Müxtəlif tədqiqatların nəticələrinə görə, 30 faiz insana solaxaylıq genetik, doğuluşdan, 10 faizə isə beyinin sağ yarımkürəsindən keçir. Amma bu, mütləq şəkildə belə deyil”.

Yuliya Puninanın sözlərinə görə, uşağın necə olacağını genetika və başqa səbəblər müəyyən edir: “Körpənin sağ əlli və ya solaxay olmasına gəlincə, doğuşdan sonra uşaqda aparıcı əlin 1-3 il aktivləşməsi dövründə əlin hərəkətində hər hansı problem (travmalar, kəsiklər) yoxdursa, bu halda uşaq sağ əllə hərəkət etməyə başlayır. Nəticədə aparıcı əl o olur.

Vaxtından əvvəl doğulmuş uşaqlarda solaxay olma ehtimalı daha yüksəkdir. Heç bu da mütləq deyil, vaxtından əvvəl doğulmuş uşaqlar solaxay olmaya da bilərlər. Erkən doğuluşla solaxaylıq arasında birbaşa əlaqə mövcud deyil. Amma son 40 ildəki vaxtından əvvəl doğuşlar onu göstərir ki, bu uşaqlarda solaxay olma ehtimalı daha yüksəkdir”.

Həkim hesab edir ki, solaxaylıq fizioloji yetişkənlikdə ləngimənin nəticəsi də ola bilər: “Beyin bizim hərəkətlərimizi idarə edir. Beynimizin sol yarımkürəsi sağa nisbətən gec yetişir. İnsan unikal, eyni zamanda zəif varlıqdır. Biz bunun dəqiq səbəbini deyə bilmərik. Bu, ananın hamiləliyində uşağın inkişafının erkən dövründə rastlaşdığı problemlər, çətinliklər, eyni zamanda genetika ilə bağlı ola bilər. Dəqiq səbəb məlum deyil”.

Mütəxəssislər qeyd edib ki, uşaq solaxaydırsa, onu sağla yazmağa öyrətmək sağlamlığına ziyan vura bilər: “Sol və ya sağ əllə işləmək beynimizin fəaliyyətinin nəticəsidir. Əgər uşaq solaxaydırsa, onu sağa məcbur etmək sağlamlığa ciddi zərbə vura bilər. Biz beynimizin genetik proqramını dəyişdirə bilmərik. Uşağa sadəcə kömək edə bilərik. Köklü dəyişikliksə mümkün deyil.

Beyinin işinə müdaxilə əsəb pozğunluğuna, pəltəkləməyə, enorezə səbəb ola bilər”.

Yuliya Puninanın sözlərinə görə, həqiqətən elm və sənətdə daha çox uğur qazanmış solaxay şəxsiyyətlər var: “Amma bu, sağçıların müvafiq imkanından məhrum olması anlamına gəlmir. Bu barədə heç bir etibarlı mənbə yoxdur”.

Psixiatr, psixoloq və psixoterapevtlərin Rusiya Liqasının üzvü Natalya Semyonova da hesab edir ki, solaxaylıq qüsur deyil, o, insan təbiətinin xarakteristikasıdır: “Düşünürlər ki, solaxaylar qüsurlu insanlardır.Ancaq elə deyil. Heyvanlardan da solaxaylar var. Məsələn ağ ayı. Bu. genetikdir.

Solaxaylar daha tez xəstələnirlər. Bu, beyinimizin sağ yarımkürəsinin həssaslığı ilə bağlıdır.Onlara asalıqla təsir etmək olur”.

Qeyd edək ki, 13 avqust ümumdünya solxayalar günüdür.


Müəllif: İmamət İsmayılova