14 Avqust 2019 10:57
2 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ticarət Nazirliyi “qara siyahı”ya saldığı ölkələrin adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, siyahıda Ermənistanın da adı var.

Sanksiyalar siyahısında Ermənistandan iki şirkət yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC.

Məlumata görə, İrNİSS lisenziyasız ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) mallar alaraq təkrar ixrac edib.

Ayrıca, İrNİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidentinin ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə işbirliyində olduğu açıqlanıb.

Şirkətlərin siyahıya daxil edilməsinin digər səbəbləri ABŞ Federal Reyestrinin saytında dərc edilmiş sənəddə yer alıb.

Ermənistandan başqa, Rusiya, Gürcüstan, Kanada, Çin, Belçika, Honq Konq, Malayziya, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Krallıqdan olan 14 şirkət də ABŞ Ticarət Nazirliyinin sanksiya siyahısına daxil olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər