Türkiyənin məşhur aktyorları Burak Özçivit-Fahriye Evcen cütlüyünün 4 ay əvvəl doğulan övladı Karan ilk dəfə görüntülənib.
Teleqraf.com xəbər verir ki, Bodrumda istirahət edən aktyorların övladı “Habertürk”ün obyektivinə tuş gəlib.
Fanatları cütlükdən dəfələrlə övladlarının üzünü göstərməsini xahiş etsə də, onlar Karanı sirr kimi saxlamaqda davam edirlər. Burakla Fahriye hovuzda ikən körpə dayəsinin qucağında görüntülənib.
Xatırladaq ki, oğlundan ayrı qalmaq istəməyən Fahriye Evcen doğuş çəkisindən xilas olmaq üçün evindəki otaqlardan birini idman zalına çevirib.