ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.
O bildirib ki, liderlər arasında ilk görüş Varşavada və ya Nyu Yorkda keçirilə bilər:
“Bu görüş çox qısa olacaq və liderlərə bir-birinə “Hello” demək və hal-əhval tutmaq imkanı verəcək”.
D.Tramp və V.Zelenski arasında ikinci görüş isə Vaşinqtonda, birinci görüşdən bir və ya iki ay sonra keçiriləcək və daha geniş olacaq.