“Türkiyədəki növbəti böyük zəzlzələ şərq bölgələrində baş verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu son zamanlar zəlzələ proqnozları doğru çıxan məşhur holland seysmoloqu Frank Hugerbits Türkiyə KİV-ə açıqlamasında deyib.
Peru, Fici ve Ekvadorda baş verən zəlzələləri öncədən xəbər verən Hugerbitsin Yunanıstan və Türkiyədəki (Dənizli və Çanaqqala) zəlzələlər haqda proqnozu da doğru çıxmışdı.
Elm adamı zəlzələləri planetlərin hərəkəti əsasında müəyyənləşdirdiyini iddia edib. Lakin Hugerbits Yer kürəsini silkələyəcək nəhəng zəlzələnin hansı bölgədə olacağına dair bir fikrinin olmadığını bildirib.
Alim zəlzələ olacağını əvvəlcədən xəbər verən əlamətlər haqda da danışıb:
“Heyvanların davranışlarındakı dəyişikliklər bir əlamət ola bilər. Amma bunu müəyyən etmək çox çətindir. Sahildən dənizin gözlənilmədən geri çəkilməsi bir sunami xəbərdarlığıdır. İddiaların əksinə olaraq, Günəş və Ay tutulması zəlzələyə işarə deyil. Amma planetlər eyni xətt üzrə düzülsə, bu, zəlzələlərin baş verməsinə imkan yaradır, bu da bəzən Günəş və Ay tutulmasına təsadüf edə bilir”.
Türkiyədə baş verə biləcək silkələnmələr haqda isə elm adamının fikri belədir: “Türkiyədə 7 baldan şiddətli zəlzələnin daha çox Orta Qara dəniz və ölkənin şərq bölgələrində baş verəcəyini düşünürəm”.