17 Avqust 16:58
338

Meksikada polislər tərəfindən magistral yolun kənarında aclqıdan ölmək üzrə olan 65 miqrant aşkar olunub.

Teleqraf.com xəbər verir ki, polis Banqladeş və Şri Lankadan olan 65 miqrantın qanunsuz yolla Meksikaya keçərkən saxlanıldığını açıqlayıb.

Miqrantların ABŞ-a getmək üçün Qətərdən Meksikanın Verakruz ştatına gəldiyi bildirilib.

Tibbi yoxlamadan keçirilən insanlar yeməklə təmin olunub.


Müəllif: Mənsur Rəğbətoğlu