Hindistan müdafiə nazirinin bu yaxınlarda ölkəsinin nüvə siyasətində dəyişiklik edilə biləcəyi ilə bağlı açıqlamasına Pakistanın Baş naziri İmran Xan reaksiya verib.
Teleqraf.com xəbər verir ki, İmran Xan Tvitter hesabında bu təhdidin Pakistala yanaşı, Hindistandakı milli azlıqlar üçün də təhlükə yaratdığını bildirib. İ.Xan, həmçinin, Hindistan hökümətinin nüvə arsenalının təhlükəsizliyinin regional deyil, beynəlxalq məsələ olduğunu qeyd edib.
Pakistan Müdafiə Nazirliyinin rəsmisi general Gaffur Pakistan və Hindistan arasındakı gərginliyə səbəb olan mübahisəli Kəşmir torpaqlarının tərəflər arasında nüvə münaqişəsinin mərkəzi ola biləcəyini deyib. Gaffur Pakistanın uzun müddətli müharibəyə hazır olduğunu qeyd edib.