“Grace 1” İran tankeri Cəbəllütariq boğazını tərk edib.
Teleqraf.com xəbər verir ki, iyulun əvvəlində Suriyaya neft çatdırılmasında şübhəli bilinən və Böyük Britaniyanın hərbçiləri tərəfindən saxlanılan “Grace 1” İran tankeri, nəhayət, Cəbəllütariq boğazından ayrılıb.
Bu barədə yayılmış bəyanatda deyilir: “Cəbəllütariq sularında gərgin keçən 46 gündən sonra hazırkı adı “Adrian Dərya” adlanan “Grace 1” İran tankeri ərazini tərk edib”.
Daha əvvəl ABŞ-da Kolumbiya dairəsinin Federal məhkəməsi “Grace 1” barədə həbs orderi vermiş, Cəbəllütariq hakimiyyətinin isə İran tankerinin tutulmasıyla bağlı ABŞ-ın sorğusunu rədd etmişdir.
İyulun 4-də isə Böyük Britaniyanın Kral dəniz piyada qoşununun hərbi qulluqçuları “Grace 1”-in Cəbəlilütariq sahillərində Suriyaya neft çatdırdığı iddiasıyla gəmini saxlamışdı.