Şimali İrlandiyanın cənubunda, İrlandiya ilə sərhəddə olan Fermana qraflığında partlayış törədilib.
Teleqraf.com-un məlumatında görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
İlkin ehtimallara əsasən, partlayışın hədəfi polis əməkdaşları olub.
Hazırda partlayışın motivləri və hadisəni törədənlərin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.