21 Avqust 2019 13:52
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimali Amerika imperiyası ilə aramızdakı münaqişənin həlli üçün ABŞ-la rəhbərlik etdiyim hökumət arasında bir neçə dəfə danışıqlar həyata keçirilib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro La Quaira şəhərindəki çıxışında deyib.

“Sizə bir sirr açmaq istəyirəm, ABŞ-la rəhbərlik etdiyim hökumət arasında danışıqlar heç kimin bilmədiyi gizli yerlərdə keçirilib”, - Maduro əlavə edib.

O, bəzi ABŞ rəsmilərinin Trumpa Venesuela haqqında yalan danışdığını və bunun Venesuelaya hücum və sanksiyalar tətbiq edilməsində rol oynadığını da bildirib.

Venesuela Məclisinin sədri Diosdado Kabello isə prezidentin bu etirafını rədd edib.


Müəllif: İmamət İsmayılova