Türkiyədə hökumətin gənc yazıçılara maliyyə yardımı ayırması qərarı birmənalı qarşılanmayıb.
Teleqraf.com xeber verir ki,Türkiyə Mədəniyyət Nazirliyi 40 yazara təxminən 200 min dollar yardım ayırıb. Amma yardım alacaq yazıçıların adları hələ də məlum deyil.
Bir çoxları bu qərarı Ərdoğan hökümətinin ədəbiyyat adamlarını satın alması kimi qiymətləndirir.
Sosial şəbəkədə yaşanan mübahisələrdən sonra Aykut Ərtuğrul hökumətdən yardım aldığını etiraf edən ilk yazar olub. O, 5 min dollar yardım aldığını etiraf edərək deyib ki, nazirlik yazılacaq əsərlərin məzmununa qarışmır.