23 Avqust 2019 17:45
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Bəyazid Öztürk media sektorundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq. Bu məqsədlə aparıcı Türkiyənin Bəyazid bölgəsində aköhnə binalardan birini satın alıb. Məşhur aparıcının bu binanı otelə çevirəcəyi iddia olunur.

Teleqraf.com xəbər verir ki, Bəyazid Öztürk bunun üçün lazımi sənədləşmə işlərinə başlayıb. O, daha sonra binanı təmir etdirəcək.

Bundan əvvəl Bəyazid Öztürkün qardaşı Qorqud Öztürk ilə birlikdə Karaköydəki binalardan birini 5 milyon dollara satın alıb. Bu bina təmir edilərək otelə çevrilib.


Müəllif: İmamət İsmayılova