Həmas rəhbəri İsmayıl Həniyyə cümə xütbəsində İsrailə Qüdsdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Həniyyə Ramallahın qərbindəki yaşayış sahələrinə Fələstin tərəfindən edilən hücumlara münasibət bildirib.
Hadisəni qəhrəmanlıq kimi xarakterizə edən Həniyyə İsrailin Qüdsdən uzaq qalmasının lazım olduğunu söyləyib:
"Bir çox təzyiqlərə baxmayaraq bu hücum düşmənlərə Qərbi Şeriyadakı müqavimətin davamlı olduğunu göstərir. İsrailin Qüdsdən uzaq qalması vacibdir, əks halda bu atəş barıtına yaxınlaşmaq olacaq”.
İsraildən verilən yazılı açıqlamada isə Ramallah yaxınlığındakı yəhudi yaşayış məntəqəsinin ətrafındakı partlayıcıların işə salınması nəticəsində 1 israillinin öldüyü, eyni ailədən olan 2 nəfərin ağır yaralandığı bildirilib.