24 Avqust 2019 15:16
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bağdaddakı səfir əvəzi Mc Feetersi İraq Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz olunub.

Teleqraf.com xəbər verir ki, səfir əvəzinin İraq XİN-ə dəvət edilməsinə səbəb Haşdi-Şabi qüvvələrinə aid hərbi obyektlərin vurulmasında ABŞ-ı günahkar elan etməsi olub.

İraq XİN bəyan edib ki, diplomat Feetersə İraqın müharibə meydanı olmadığını və onun daxili işlərinə qarışmağa imkan verilməyəcəyi izah edilib.

ABŞ-a iki ölkə arasında imzalanan Strateji Təhlükəsizlik Anlaşmasına sadiq qalmaq yönündə çağırış edən İraq XİN əlavə edib ki, xarici müdaxilənin qarşısını almaq məqsədilə qanuni və diplomatik imkanlardan istifadə olunacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Bağdad və Səlahəttin istiqamətində Haşdi-Şab qüvvələrinə aid silah anbarlarına hava zərbələri endirilib. Haşdi-Şab qüvvələri bu prosesin arxasında ABŞ-ın dayandığını elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər