25 Avqust 2019 00:14
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran Amerikanın “Demokratiyanın Mühafizəsi Fondu”na və onun rəhbəri Mark Duboviçə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri ilə bağlı fəallığına görə sanksiya tətbiq edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran sanksiyaları insan haqlarının mühafizəsi və ABŞ-ın regionda terror fəaliyyətlərinə qarşı mübarizəsi çərçivəsində qəbul edib.

Rəsmi Tehran bildirir ki, M.Duboviç və onun rəhbərliyindəki fond ABŞ-ın İrana qarşı iqtisadi təzyiqləri fonunda yalan informasiyalar və təbliğati məlumatlar paylaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər