25 Avqust 2019 15:56
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.


Müəllif: Teleqraf.com