Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirilib.
Məlumata görə, hadisə paytaxt Yerevanda qeydə alınıb. Belə ki, Şenqavit polisinə Ehbaryutrun küçəsindəki mənzillərdən birində kişi meyiti tapılması barədə məlumat daxil olub. Polisin araşdırması məlum olub ki, bu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, 55yaşlı S.Karqamanyandır. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Meyitin yanında "Makarov" markalı tapança da aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.