Rusiyadan Ukraynanın cənub-şərq bölgəsi üçün göndərilən və 35 yük avtomobilindən ibarət olan humanitar karvan Rusiya-Ukrayna sərhədini keçib.
APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Cənub Gömrük idarəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sərhədçiləri və gömrükçülər humanitar yükün yoxlanılması və sənədləşdirilməsini başa çatdırıblar.