26 Avqust 2019 12:08
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 8-də Rusiyanın Arxangelski bölgəsinin Sverdlovski şəhərindəki hərbi hissədə meydana gələn partlayış nəticəsində radioaktiv sızıntı olduğu təsdiqlənib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, radioaktiv sızıntının stronsium, barium və lantan maddələrdən ibarət olduğu bildirilir.

Xatırladaq ki, avqustun 8-də Sverdlovskidəki hərbi hissələrin birində raket sınağı zamanı baş verən partlayışda 5 hərbçi ölüb. Rusiya mediası partlayışın ardınca bölgədə nüvə sızıntısının baş verdiyini iddia edib.

Rusiyanın hava proqnozu xidməti isə avqustun 14-də bəyan edib ki, Sverdlovskidə radiasiya səviyyəsi normaldan 16 dəfə yüksəkdir.


Müəllif: Cavad