“Sabahdan etibarən “S-400” havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə “S-400” tədarükünün iyulun 12-də başlandığını xatırladıb.
H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə “B” və “C” planlarından istifadə edəcək./apa/