İran rejimi Fars əyalətində Höccətülislam Məhəmməd Hursəni öldürməkdə ittiham edilən Həmid Rıza Dırhşəndəni bu gün səhər saatlarında edam edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilir ki, Məhəmməd Hursən mayın 29-da Qədr gecəsi üçün hazırlanan proqramdan çıxıb evinə gələrkən, bıçaqlanaraq öldürülüb.
Bu cinayətə görə saxlanılan Həmid Rıza 3 ay müddətinə istintaq altında olub, məhkəmə prosesi yekunlaşdıqdan sonra edam edilib.