Yaraqlılar sutka ərzində təxminən 40 dəfə güc strukturlarını və dinc sakinləri atəşə tutub.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Hərbi Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Timçuk bildirib. O deyib ki, Ukrayna qoşunlarının mövqelərindən başqa rus separatçıları dinc sakinləri də atəşə tuturlar. Timçuk bildirib ki, son sutka ərzində separatçılar dəfələrlə atəşkəs rejimini pozub.
Ukrayna silahlı qüvvələrinin atəşkəs rejiminə ciddi əməl etdiyini açıqlayan mərkəz rəhbəri yaraqlıların dünən axşam saatlarında Donets aerodromunu tanklardan yenidən atəşə tutduğunu da qeyd edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.